“Rusiyadan qorxmaq yox, ondan yavaş-yavaş qopmaq lazımdır”
Rusiya sərhədçiləri İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarılacaq. Ermənistanın “Factor.am” saytı bu barədə yüksək rütbəli Ermənistan rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edib ki, siyasi qərar artıq verilib.

Maraqlıdır ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Saytın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir. “Factor.am” Milli Təhlükəsizlik Xidmətindən rus sərhədçilərinin hava limanından çıxarılıb-çıxarılmadığını soruşduqda, kəşfiyyat onların heç bir məlumatı olmadığını bildirib. Amma Ermənistanda "Ruslar, evinizə gedin!" şüarlarının artdığı müşahidə edilir.

Erməni ekspertlər də bildirirlər ki, rəsmi İrəvanın belə bir qərar verməsi inandırıcıdır. Məsələn, erməni siyasi şərhçi Ramella Mnatsakanyan yazısında qeyd edib ki, 1992-ci ildə Ermənistan və Rusiya Ermənistan ərazisində rus sərhədçilərinin statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıblar: “Lakin bu sazişdə hava limanında xidmətlərin göstərilməsi ilə bağlı bənd yoxdur. Müvafiq olaraq, Rusiya sərhədçiləri orada mahiyyətcə qeyri-qanuni fəaliyyət göstərirlər. Təbii ki, bu qanunsuzluğun qarşısını almaq lazım və mümkün idi. Amma Robert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dövründə belə addımların atılması mümkün deyildi. Çünki onlar Ermənistanı tamamilə Rusiyadan asılı bir dövlətə çevirmək kursu seçmişdilər. O zaman biz bir çox müstəqillik və suverenlik atributlarını itirdik”.

“Sarkisyan təbii ki, hamını Avropa İttifaqına daxil olmağa can atdığına inandırdı, lakin 2013-cü il sentyabrın 3-də biz hamımız bu istəyin olmadığını reallıqda gördük. Ermənistan Avropa İttifaqı əvəzinə Rusiyanın çətiri altındakı Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşuldu. Bu qurumlara çıxmaq isə girməkdən daha çətin olacaq. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılmalıdır. Çünki artıq sual yaranır: biz gələcəyimizi Rusiya ilə görürük, yoxsa Qərblə?”, - deyə siyasi icmalçı vurğulayıb.

“İndi bəzilərinə elə gələ bilər ki, Rusiya Ukraynada kollektiv Qərbi məğlub edir. Amma bu, yanlış fikirdir, illüziyadır. Rusiya qlobal mənada artıq uduzub. O, gələcəyini itirdi. Rusiyanın bütün mahiyyəti, bu günü və gələcəyi davamlı müharibə və iflasdır. Təbii ki, Kreml hər şeyin əla olduğunu nümayiş etdirməyə çalışır. Amma yalandır. Ona görə də Rusiyadan qorxmaq yox, ondan yavaş-yavaş qopmaq lazımdır”, Mnatsakanyan əlavə edib.

Analitik vurğulayıb ki, Rusiya Ermənistanı öz əsarətində saxlamaq üçün hər cəhdi edəcək: “Qərbin vəzifəsi isə Rusiyanın bu planlarının qarşısını almaqdır. Görünür, biz artıq bu qarşıdurmanın kulminasiyasının başlanğıcını görürük. Bundan sonra Rusiya hərbi bazalarının çıxarılması və onların başqa müttəfiq dövlətin bazaları ilə əvəzlənməsi məsələsi gündəmə gəlməlidir. Daha sonra Ermənistanın Aİ və NATO-ya gedən yolu qarşımızdadır. Bu, uzun və çətin olacaq, amma alternativ rus əsarətidir”.

Azərbaycanlı politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Ermənistan faktiki olaraq Qərbə meyil edib: “Qərb Ermənistanı məzəmmət edir və Rusiyadan uzaqlaşdırır. Buna görə də Ermənistan yavaş-yavaş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxmaq istiqamətində bir sıra addımlar atır. Baş nazir Nikol Paşinyanın son bəyanatı, Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu deməsi də bunun əlamətidir. Görünür, Ermənistan Rusiyanın başçılıq etdiyi kollektiv strukturlardan ayrılmağı qarşısına məqsəd qoyub. Onlar hətta bunu açıq şəkildə də bəyan edirlər və tamamilə Qərbin qanadının altına sığınıblar".

“Hazırda Ermənistandakı anti-Rusiya ritorikası və addımları digər postsovet məkanındakı qüvvələrdən güclüdür. Baxmayaraq ki, Ermənistan hər zaman Rusiyadan bəhrələnib. Ermənilərin bölgəyə gəlməsində və dövlətlərinin qurulmasında da Çar Rusiyasının böyük rolu olub. Amma Ermənistan belədir. Yaxşılığa yaxşılıqla deyil, pisliklə qarşılıq verir. Ermənistanın Rusiyadan uzaqlaşmasını Moskva xəyanət kimi qəbul edə bilər. Amma burda təəccüblənəcək məqam yoxdur. Çünki ermənilər əzəldən belə olublar, xəyanətkarlıq onların xislətində var. Ermənistan hər zaman bir dövlətdən bəhrələnib onun imkanlarından istifadə etmək kimi manevrlərdə şöhrət qazanıb. Rusiya bunu əvvəldən bilməli idi və Azərbaycanın ərazilərinin işğalının 30 il erməni işğalında qalmasına dəstək verməməli idi. Halbuki Moskva istər işğal dövründə, istər 44 günlük müharibədə, istərsə də müharibədən keçən 3 ildə İrəvanın yanında oldu, onu dəstəklədi”, - Hüseynli vurğulayıb.

Analitik hesab edir ki, Rusiya bu davranışları səbəbindən Ermənistanı cəzalandıracaq: “İndi hava limanından rus əsgərlərini çıxara bilərlər, amma Gümrüdəki bazanı necə çıcaracaqlar? 2043-cü ilədək Gümrüdəki hərbi bazanın qalmaq müddəti var. Bundan tez bazanın çıxarılmasına ermənilər təşəbbüs göstərsələr, Rusiya İrəvanı qan gölünə çevirər, mərkəzi meydanda da Paşinyanı asar. Eyni zamanda, yüzlərlə müqavilələri var ki, onların bir neçəsi icra olunmasa, Ermənistan çökər. Ola bilər ki, Ermənistanın ayaqda qalması üçün Qərb Ermənistana söz vermiş olsun. Amma Rusiyadan qopmaq Ermənistan üçün elə də asan olmayacaq”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti