“Bəyanatlar fabriki”nin məqsədi və ya AŞPA Azərbaycana qarşı
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günündə deputatlar "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. Bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. Şvabe bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral növbədənkənar prezident seçkilərini qiymətləndirmək üçün AŞPA nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini göstərib.

Deputat 2023-cü ildə Azərbaycanın AŞPA məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini də vurğulayıb.

Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsi ilə AŞPA Monitorinq Komitəsi məşğul olacaq. Komitənin öz rəyini təqdim etmək üçün 24 saat vaxtı var. Bundan sonra AŞPA məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə səsvermədə iştirak edə bilməz. Verilən 24 saat müddət bu gün axşam saatlarında bitir.

Ekspertlər belə bir təşəbbüsü Azərbaycana qarşı təzyiq siyasətinin növbəti təzahürü kimi qiymətləndirirlər. Analitiklər hesab edirlər ki, AŞPA tərəfindən belə bir addımın atılması Azərbaycanın ərazilərini işğaldan azad etməsi, suverenliyini tam bərpa etməsi ilə bağlıdır.

Mövzu ilə bağlı AYNA-ya danışan sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, əslində alman deputatın bəyanatı seçkilərlə bağlı olsa da, əsl səbəblər Azərbaycanın daxili yox, xarici siyasəti ilə bağlıdır:
- İstənilən ölkədə keçirilən seçkilərdə nöqsanlar tapmaq olar. Burada yeni bir şey yoxdur. Müxtəlif mövqelər ola bilər və bu da təbiidir, daxili siyasətə aid olan prosesdir. Lakin təəssüflər olsun ki, indiki mərhələdə bu məsələlər Azərbaycana kömək etmək üçün yox, təzyiq vasitəsi kimi istifadə edilir. Əslində növbədənkənar prezident seçkilərinin nəticələri indidən bəllidir. Ona görə ki, indiki Prezident İlham Əliyevin siyasi nüfuzu, xalq arasında dəstəyi çox böyükdür və onun yenidən seçiləcəyi şübhə altında deyil. Heç ölkə müxalifəti də bunu şübhə altında qoymur. Bu siyasi nüfuzdan, xalqın dəstəyindən siyasi şəxsin istifadə etməsi normaldır. Ona görə də seçkilər indiki məqama salınıb.

Bu seçkilərin digər vacib mənası odur ki, müstəqillikdən bəri ilk dəfədir ki, seçkilər Azərbaycanın bütöv ərazisində keçiriləcək. Bu da seçilən namizədə daha böyük siyasi qazanclar gətirəcək ki, bu da hər kəsə bəllidir. İndi siyasi nüfuzu yüksək olan Prezident İlham Əliyevin seçiləcəyinə xarici dairələrdə də şübhə yoxdur. Ona görə də bu seçkilərə kölgə salınması üçün müxtəlif addımlar atılır.

Əslində bu məsələlər, Azərbaycan əleyhinə qərarlar bir məsələ ilə bağlıdır – Qarabağın azad edilməsi faktı ilə. 30 il ərzində Azərbaycana təsirlər göstərmək üçün birinci siyasi alət Qarabağ münaqişəsi idi. İşğal edilən Azərbaycan ərazisi idi, etnik təmizləməyə məruz qalan azərbaycanlılardır. Ötən ilin sentyabr ayında Azərbaycan vacib nəticəyə nail oldu – suverenliyimiz tam bərpa edildi. Demək olar ki, Azərbaycan ərazisində münaqişə üçün mühit qalmayıb. Ermənistanla hansısa qarşıdurma baş versə də, bu gərək şərti sərhəddə baş versin. Azərbaycan ərazisində münaqişənin qalmasına, toqquşmalara öyrəşmiş Avropadakı bəzi siyasi dairələr yeni reallığı qəbul edə bilmirlər.

- Xaricdən verilən bu qərarlara Azərbaycan hökumətinin immuniteti nə qədərdir?

- İmmunitet var, həm hökumətin, həm də cəmiyyətin. Əvvəllər ATƏT adı gələndə insanlar az qala fikirləşirdi ki, bu SSRİ Mərkəzi Komitəsi kimi bir qurumdur. İndi cəmiyyət görür ki, nəinki ATƏT, AŞPA, heç BMT-nin də qərarlarına dünyada qiymət verən yoxdur.

Ümumiyyətlə, beynəlxalq təşkilatların nüfuzu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində aşağı düşüb. Heç kəs beynəlxalq təşkilatlara ümidli deyil. Düzdür, o təşkilatlarda hansısa bürokratlar var, regionlara səfərlər edirlər, nələrsə danışırlar, bəyanat verirlər, çağırış edirlər və s. Bir növ “bəyanatlar fabriki” funksiyasındadırlar. Bəyanatlar verilir, bir-iki gündən sonra da yaddan çıxır. Bilirsiniz, həmin siyasilər, təşkilatlar öz taktikalarına uyğun addımlar atırlar. Amma bunun əhəmiyyəti elə də dərin deyil.

Təəssüfləndirən hal odur ki, həmin beynəlxalq təşkilatlar konstruktiv mövqe nümayiş etdirmirlər. Məsələlərə konstruktiv yanaşsaydılar, bəyanatları, qərarları daha çox Azərbaycanın xeyirinə olardı. Çünki Azərbaycan çox məsələdə haqlıdır. Lakin bu siyasi təzyiq alətlərini yaradan qüvvələrin məqsədləri ayrıdır. Hesab edirəm ki, bu cür bəyanatlara, qərarlara çox da fikir vermək lazım deyil.

- Belə bəyanatlardan, qərarlardan sonra Avropa İttifaqının Ermənistan-Azərbaycan sülh prosesinə töhfəsi real və səmimi qəbul oluna bilərmi?

- Azərbaycana qarşı addımlarda istər-istəməz illərlə istifadə olunan siyasi alətdən istifadəyə cəhd var. Qərbin yanaşması belədir ki, postsovet məkanı ölkələrindəki münaqişələr vasitəsilə həmin ölkələri zəiflətsinlər. Özü də bu, ölkələr arasında münaqişə olmasın, hansısa separatçı qüvvələrlə həmin ölkənin arasında münaqişə davam etsin. Bir növ, proksi qüvvələr vasitəsilə bunu həyata keçirmək onlar üçün sərfəlidir. Hansısa milli, yaxud dini azlığı müxtəlif yollarla istifadə edirlər. Yenə deyirəm, Azərbaycan 30 ildir ki, əldə olan bu aləti onların əlindən alıb. Artıq separatizmin davam etməsinə şərait yoxdur. Məsələ o deyil ki, Ermənistanla Azərbaycan arasında sülhdə beynəlxalq qüvvələr maraqlı deyillər. Sadəcə həmin qüvvələr sülhü özlərinin arzuladıqları formada istəyirlər.

Biz münaqişəyə nəticə baxımından yanaşırıq, beynəlxalq güclər isə proses kimi yanaşırlar. Onlar istəyirlər ki, münaqişə vəziyyəti qalsın və münaqişə tərəfi ölkələri zəifləsinlər, idarəolunan hala gəlsinlər. Zəif ölkələri idarə etmək daha asandır. Ona görə də sülhlə bağlı beynəlxalq təşkilatların, xarici qüvvələrin yanaşmalarının səmimi olduğunu söyləmək mümkün deyil.

Məsələ Ermənistanın yanaşmasından asılıdır. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, tanımaq istəmirsə, biz də onun ərazi bütövlüyünü tanımırıq. Bizim əsaslarımız Ermənistandan daha çoxdur.

Müəllif: Anar Bayramoğlu
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti