Moskva aeroportunda nələr yaşanıb? –
Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.

Modern.az-a açıqlamasında səfərdə iştirak edən digər deputat Elman Nəsirov bildirib ki, ilkin olaraq sərhəd xidmətindən rahat keçiblər:

“Heç bir problem yox idi, hər şey qaydasındaydı. Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşları yaxınlaşdı ki, sizinlə bağlı dəqiqələşdirmə aparılmalıdır, sizə “STOP” qoyulub. Azər müəllim də söylədi ki, 10 gün qabaq Dağıstanda səfərdə olub. “Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm”, -o deyib. “Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, Azər müəllim. Bu nə anlaşılmazlıqdır?”, desək də, “kompüterdə texniki səhv olmuş ola bilər”, deyə cavab verildi. Bir neçə dəqiqə sonra isə dedilər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?” sualımıza cavab verməkdən yayındılar”.

Deputat onu da deyib ki, Həştərxanda Azərbaycan nümayəndə heyətini Baş nazir səviyyəsində qarşılayıblar:

“Həştərxan hökumətinin rəhbəri bizi hava limanında qarşıladı. Baş nazir səviyyəsində qarşılama oldu. Çox böyük diqqət və qayğını hiss etdik. Bu gündən etibarən bizim burada tədbirlərimiz nəzərdə tutulub. Diaspor nümayəndələrimizlə görüşümüz olacaq, sabah Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasında iştirak edəcəyik. Şəhərin meri ilə görüşümüz var, Ulu Öndər Heydər Əliyevin adına məktəbdə şagirdlərlə görüşümüz olacaq. Yəni çox yüksək səviyyədə görüşlər və hazırlıq prosesini görürük. Hər şeydən əvvəl biz bu addımları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun atırıq. Siz dediyiniz məsələ isə bir anlaşmazlıqdır və artıq Xarici İşlər Nazirliyimiz də bununla bağlı mövqeyini ifadə edib”.

E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: “Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı səfriliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavab ortaya çıxacaqsa, buna adekvat reaksiya və davranış ola bilər”.

Bölmənin digər xəbərləri

07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO
06 May 2025 İmamoğlu: "“Şahid deyilən, lakin şahid olmayan eyni 3-5 ad hər dəfə yeni bir faylda yenidən səhnəyə çıxarılır. Onlara mənə qarşı yeni bir böhtan atmaq vəzifəsi qoyulur”"
06 May 2025 Milli Məclisin deputatı Rusiyaya niyə buraxılmayıb? – TASS-dan əcaib xəbər
06 May 2025 Azərbaycanlı milyarderlər “Lyublinskoye Pole” ticarət mərkəzini aldılar - TƏFƏRRÜAT
06 May 2025 İran qonşusunu hədələdi: - Azərbaycanı, yoxsa Ermənistanı?
05 May 2025 Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB
05 May 2025 “Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqada öldürüldü
05 May 2025 Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
05 May 2025 Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
05 May 2025 26 il əvvəl evdən çıxdı -10 dəqiqəyə Asiyadan Avropaya keçdi
05 May 2025 Türkiyəyə qarşı “1915 kartı”nı ortaya qoyurlar
04 May 2025 İranda gecə saatlarında DƏHŞƏT YAŞANDI - VİDEO
04 May 2025 Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA: “Hər an baş verə bilər, fasiləsiz olaraq…”
04 May 2025 Türkiyə Netanyahunun təyyarəsi ilə bağlı iddiaları təkzib etdi
04 May 2025 Zurabişvilinin evinin yaxınlığında ATIŞMA – Yaralananlar var

Dünyapress TV

Xəbər lenti