"Hindistan Pakistana hücum edərsə və ölkəmizin mövcudluğu təhlükə altına düşərsə, planetdə heç kim sağ qalmayacaq".Oxu.Az mk.ru-ya istinadla xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif deyib.Nazirin sözlərinə görə, Pakistan yox olarsa, o, digər dövlətlərin də sağ qalmasına imkan verməyəcək:"Heç bir ölkəyə bu planetdə bizsiz yaşamasına imkan verməyəcəyik. Allah etməsin, lakin belə də olacaq".