ABŞ İsraili Qəzza zolağında pisləşən humanitar böhranla əlaqədar müharibə qanunlarına əməl etməyə çağırıb.
Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, çağırış ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı arasında baş tutan telefon danışığında səsləndirilib.
"Ostin müharibə qanunlarına riayət etməyin vacibliyini, o cümlədən mülki şəxslərin müdafiəsi ilə bağlı öhdəlikləri, həmçinin Qəzzada pisləşən humanitar böhranı müzakirə edib", - açıqlamada deyilib.
Eyni zamanda, Ostin ABŞ-ın İsrailə davamlı dəstəyinə sadiqliyini vurğulayıb və İsrail ordusuna silah tədarükünün davam etdiriləcəyini bildirib.