On minlərlə israilli növbəti dəfə Benyamin Netanyahu hökumətinin həyata keçirməyə çalışdığı məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirib.
Qeyd olunur ki, bu, İsraildə ardıcıl 36-cı şənbədir davam edən etiraz aksiyasıdır.
İsrail televiziyasının məlumatına görə, Təl-Əvivdə baş tutan bugünkü mitinqdə 118 minə yaxın insan iştirak edib. Xatırladaq ki, mart ayından indiyə kimi İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək.