Ali Rada gələn həftə müdafiə naziri Aleksey Reznikovu vəzifəsindən azad edəcək. Həmçinin Mədəniyyət Nazirliyinin rəhbəri və bir sıra digər yüksək vəzifə sahibləri də əvəzlənəcəklər.
Məlumata görə, Ukraynanın hazırkı müdafiə naziri Aleksey Reznikov həqiqətən də istefasını gözləyir. Onun kürsüsünə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov oturacaq.
Bundan əlavə, Rada Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinə yeni rəhbər təyin edəcək. Bu vəzifə Ukrayna Mədəniyyət Fondunun keçmiş direktoru Yuliya Fedivə həvalə olunacaq. Umerovun Dövlət Əmlak Fondundakı yerini isə Olqa Pesçanskaya tutacaq. Hazırda o, Antiinhisar Komitəsinə rəhbərlik edir. Öz növbəsində bu vəzifəyə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko təyin olunacaq.