1991-ci ilin sentyabrın əvvəli. Həmin vaxtlar şuranın mərkəzi olan Moskva “avqust qiyamı”ndan özünə gəlməmiş, gözlər qarşısında parçalanan SSRİ məkanında müstəqilliklərin paradı keçirilir. Sovet ölkələri bir-birilərinin ardınca müstəqilliklərini elan edirlər. Belə ki, avqustun 24-də bu barədə Ukrayna elan etdi, avqustun 30-da isə Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs olunur.
Bildirilir ki, Ermənistanın köməyi və kütləvi zorakılıqla, etnik təmizləmə ilə artıq üç il idi ki, o zamankı DQMR-i Azərbaycanın tərkibindən ayırmağa cəhd edən Qarabağ separatçıları da əl altından vəziyyətdən yararlanmaq qərarına gəldilər.