Almaniya kəşfiyyatı Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə "Vaqner"in rəhbəri Yevgeni Priqojin arasında olan danışıqları dinləyib.
APA xəbər verir ki, bu barədə ARD kanalı məlumat yayıb.
Bildirilib ki, Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) iyunun 24-də Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında danışıqlara qulaq asıb.
BND bu xəbərə münasibət bildirməyib.
Bundan əvvəl "The Washington Post" öz mənbələrinə istinadən yazıb ki, ABŞ kəşfiyyat orqanları iyunun ortalarında Rusiyada silahlı qiyama hazırlıqla bağlı Ağ Evə xəbərdarlıq edib.