“Dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”
Erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib. AYNA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.
Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.