Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları onun qələbəsini qeyd etmək üçün Prezident Külliyəsinə axın edib.
Qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.
O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib. Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.