Internet şəbəkələrində Rusiya prezidenti V.Putin və onun mətbuat katibi D.Peskovun dünən -mayın 25-də Moskvada tərəflər arasındakı geniş tərkibli görüş zamanı Ermənistan baş naziri N.Paşinyanı söz və jestlərlə necə sakitləşdirməklərini əks etdirən video-kadrlar yayılıb.
Teref.az Moderator.az-a istinadən xəbər verir ki, həmin foto və video-kadrları Rusiyanın “Vı sluşali Mayak” telegram-kanalı yayıb.
Xatırladaq ki, dünən Ali Avrasiya İqtisadi Şurasının sammitindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri N. Paşinyan və Rusiya prezidenti V.Putin arasında ikitərəfli və üçtərəfli görüşlər keçirilib.