Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 1 milyonu ötüb.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dünən başlayan səsvermə prosesi ölkə xaricindəki nümayəndəlik və gömrüklərdə davam edir.Hazırda səs verən seçicilərin ümumi sayı 1 milyon 38 min nəfərə çatıb.Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq.