İnsanlar Maskın tviter rəhbərliyindən getməsini istəyir
Tviterin rəhbəri İlon Mask sosial şəbəkədə insanların onun platformaya rəhbərlik edib-etməməsi ilə bağlı sorğu keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sorğusunda iştirak edənlərin çoxu onun tviter rəhbəri vəzifəsindən getməsinə səs verib.

"Mən bu sorğunun nəticələrinə əməl edəcəyəm",-deyə Mask qeyd edib.

Həmçinin, istifadəçilərin 57,5%-i onun sosial şəbəkənin icraçı direktoru vəzifəsindən getməsi üçün səsvermədə iştirak edib.

Xatırladaq ki, bazar günü başlayan və 12 saat davam edən sorğuya 17,5 milyondan çox insan qatılıb.
 

Dünyapress TV

Xəbər lenti