“İranda sosial medianın tamamilə qadağan ediləcəyi ilə bağlı fikirlər əsassızdır”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyi verdiyi açıqlamada bildirib.
Qeyd olunub ki, iddialar əsassız xarakter daşıyır.
Belə ki, son günlər İran və xarici mətbuatda ölkədə sosial mediaının tamamilə qadağan edildiyi qeyd olunub. Buna səbəb kimi, sosial şəbəkələrin ölkədəki etirazların yayılmasına yol açması göstərilib.
Həmçinin, hazırda ölkənin bir çox bölgələrdə istifadəçilər VPN-lərdən istifadə edir.