1300 nəfərin texnoloji yarışması 3 gündür ki, davam edir - Müsbət işlər çoxdur, lakin mənfidə var...
1300 nəfərin texnoloji yarışması 3 gündür ki, davam edir.
Dronlar ölkəmizdə dövriyyəsi məhdudlaşdırılan (!) avadanlıqlar siyahısında olduğundan DRON kateqoriyasında yarışan uşaqlara dronları ETN verib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670437754_2.jpg
Bu gün Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən
SAF 2022 -STEAM Azərbaycan festivalında oldum.
Təəssüratım xeyli yüksəkdir.
Əvvəlki illərdən fərqli olaraq iştirakçı sayı və iştirakçı ölkələr, yarışların kateqoriyaları xeyli artıb. Həmçinin daha aşağı yaş qrupunda olan uşaqlar da yarışlara cəlb edilib.
Ümumilikdə, festivala 1300-dən çox iştirakçı qatılıb.
Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edən 127 əcnəbi şagird də iştirakçıdır.
11 kateqoriya üzrə keçirilən yarışların münsif heyətində tanıdığım mütəxəssislərimizlə bərabər türkiyəli, israilli, fransalı, norveçli və çinli ekspertlər də vardı.
Xeyli sayda komandalarla görüşdüm, iştirakçılarla,, şagirdlər və müəllimlərlə , mentorlarla , təşkilatçılarla söhbət etdim. Bəzi təqdimatlarda iştirak etdim.
Ümumi fikrim odur ki, festival, bu tip yarışlar uşaqlarda müasir çağırışlara uyğun bacarıqları və düşüncə tərzini formalaşdırmaq, rəqəmsal bacarıqları artırmaq, komanda bacarıqlarını və kommunikasiyaları inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.
ETN-nin, təşkilatçıların, dəstəkçilərin bu istiqamətdəki səyləri təqdirə layiqdir.
Yeri gəlmişkən , bəzi məqamları da diqqətə çatdırmaq istərdim.
STEAM əsaslı tədris prosesi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını nəzərdə tutur.
Hazırda STEAM layihəsi ölkə üzrə cəmi 320 ümumtəhsil məktəbini və 18 STEAM mərkəzini əhatə edir.
Ümumilikdə 135 000 şagird STEAM əsaslı tədrisə cəlb edilib.

Əlbəttə, bu hələlik çox azdır. Əhatəlik, kütləvilik artırılmalıdır, hökumət bura əlavə resurslar ayırmalıdır.
Şagirdlərlə və müəllimlərlə söhbətdən gəldiyim qənaət də odur ki STEAM mərkəzlərini çox artırmaq, ümumiyyətlə hər bir məktəbin özünü belə mərkəzlərə çevirmək vacibdir.
STEAM-in mahiyyətinə uyğun olaraq, müəllim hazırlığını onlayn formatda deyil, daha çox praktiki, real təlim dərsləri üzərində keçirmək, beynəlxalq əlaqələri, şəbəkələşməni artırmaq doğru olardı.
Zəruri avadanlıqlarla, resurslarla təminat gücləndirilməlidir.
Bu gün festivalda həm də DRON kateqoriyası üzrə yarışan bir çox məktəblərin komandaları ilə görüşdüm.
Dronları necə əldə etdikləri ilə maraqlandım.
Hamısı birmənalı olaraq qeyd etdilər ki, müstəqil olaraq dron əldə edə bilmirlər, dronlar onlara ETN tərəfindən verilir.
Bu tip hallar ölkəmizdə gənclər və uşaqlar arasında keçirilən digər dron yarışlarında da özünü göstərir.
Absurd bir vəziyyət hələ də davam edir.
Dron , qəribə səslənsə də, bizim ölkəmizdə hələ də dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısındadır.
6 dövlət qurumu icazə verməlidir ki, hansısa bir məktəb və ya məktəbli, vətəndaş özünə dron gətirsin.
Qonşu ölkələrdə isə bu tip məsələlər çoxdan öz həllini tapıvb və dronların çox sadə, normal bir qeydiyyat qaydaları müəyyən edilib.
Ümid edirəm RİNN-nin yeni yaranan Agentlikləri Aviasiya haqqında yeni qanunvericiliyin qəbulunadək dronların sadə bir qeydiyyat qaydalarını hazırlayacaqlar.
Osman Gunduz
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti