Markasından asılı olmayaraq telefona ehtiyatsız davransanız, o qısa müddətdə sıradan çıxa bilər.
İstifadəçilər smartfonu çox nadir hallarda söndürürlər. Amma əşyaların da insanlar kimi istirahətə ehtiyacı var. Buna görə onları ara-sıra söndürmək lazımdır.
Bəzi insanlar smartfonlarda “Wi-Fi” və “Bluetooth”u heç vaxt söndürmürlər. Onları daimi olaraq aktiv saxlasanız, tezliklə batareya sürətli şəkildə boşalmağa başlayacaq.
Bunlarla yanaşı, batareyanın tam boşalması və ya bütün gecə şarjda qalması onun ömrünü qısaldan amillərdəndir. Həmçinin, telefonlarınız üçün orijinal olmayan şarj cihazlarından istifadə etməmək məsləhətdir.
Telefonunuzu söndürən zaman onun enerjisinin bitmədiyinə tam əmin olun. Smartfonları 100 faiz deyil, maksimum 80 faizə qədər doldurun. Keyfiyyətsiz şarj alətlərindən imtina edin.