Dünyada bir çox böyük şirkətin işçilərini kütləvi şəkildə ixtisar etdiyi vaxtda "Apple" gözlənilməz addım atıb.
Bakupost.az bildirir ki, Çin dövlət mediası "Apple"ın tədarükçüsü olan "Foxconn" şirkətinin ən böyük "iPhone" fabriki üçün ən az 100 000 nəfəri işə götürdüyünü yazıb.
Məlumata görə, bu addım "Qara cümə" və Yeni il alış-verişlərinin yaxınlaşması ilə əlaqədar olaraq "iPhone" modellərinin tədarük kvotasını doldurmaq məqsədilə atılıb. Xatırladaq ki, ötən ay sözügedən fabrikdə koronavirusa yoluxma hallarının olduğu, bu səbəblə işçilərin karantinaya alındığı bildirilirdi. Həmin vaxt fabrikdən qaçan yüzlərlə işçi ilə bağlı məlumatlar və görüntülər müzakirələrə səbəb olmuşdu.