“Aİ və Avrozona ölkələri 2022-ci ilin dördüncü rübündə və 2023-cü ilin birinci rübündə texniki tənəzzülə
“Politico” xəbər verir ki, bu barədə Avropa komissarı Paolo Centiloni bildirib.
2023-cü il üçün artım proqnozları həm Aİ, həm də Avrozonada iyul ayındaki təxminlərdən bir faiz bəndindən çox azalaraq 0,3 faizə endirilib. Bu azalma daha çox enerji böhranını daha da gücləndirən və inflyasiyanı artıran, eləcə də maliyyə vəziyyətinə və biznesin inamına mənfi təsir göstərən Rusiyanın Ukraynaya qarşı hərəkətləri ilə bağlıdır.
Paolo Centiloni deyib: “Artan enerji qiymətləri və tüğyan edən inflyasiya indi öz təsirini göstərir və biz həm sosial, həm də iqtisadi baxımdan çox çətin dövrlə üzləşirik”.
2023-cü ildə üç ölkənin iqtisadi daralması gözlənilir: Almaniyada 0,6 faiz, Latviyada 0,3 faiz və İsveçdə 0,6 faiz.
Yalnız dörd ölkə bir faizdən yuxarı artım görə bilib: İrlandiya, Malta, Rumıniya və Bolqarıstan. Qalan ölkələrdə bir faiz və ya daha az artım proqnozlaşdırılır.
Avropa Komissiyası, həmçinin, Avrozonada inflyasiyanın daha uzun müddət yüksək qalacağını gözləyir: bu il 8,5 faiz, 2023-cü ildə isə 6,1 faiz. Lakin əvvəllər inflyasiya müvafiq olaraq 7,6 faiz və 4 faiz proqnozlaşdırılıb. Avropa İttifaqında isə inflyasiya 9,3 faiz təşkil edəcək.
O cümlədən Avropa Komissiyası 2023-cü ilə qədər işsizliyin Avrozonada 7,2 faiz, Aİ-də isə 6,5 faizə yüksələcəyini proqnozlaşdırıb.