İranın mobil operatorlarında internetə çıxış kəsilib.
APA-nın Tehran bürosunun məlumatına görə, paytaxt Tehranda və bir neçə böyük şəhərdə mobil operatorlarda internetə çıxış kəsilib. Mobil internet istifadəçiləri yalnız yerli saytlara daxil ola bilirlər.