Astronomlar ən yüksəyə çıxırlar -
Astronomlar ən yüksəyə çıxırlar - Saatda 50-100 “ulduz” düşəcək
Astronomların ilin ən mühüm hadisələrindən biri kimi göstərdikləri “Perseid” – meteorit yağışı avqustun 11-dən 12-nə keçən gecə pik həddinə çatacaq.

Teleqraf.com xəbər verir ki, saatda 100-ə yaxın meteoritin görülməsi gözlənilən gecədə göy cisimləri saniyədə təxminən 66 kilometr sürətlə dünyaya daxil olacaqlar.

Türkiyənin TÜBİTAK Milli Rəsədxanasının (TUG) hazırladığı “2022-ci il Göy hadisələri” hesabatına görə, bəziləri minlərlə il əvvələ aid olan kometaların keçidindən qalan qalıqlardan əmələ gələn və xalq arasında “ulduz düşməsi” adlandırılan meteorit yağışları ildə 8 dəfə baş verir. Bunlar “Quadrantid” (“Kvadrantid”), “Lyrid” (“Lirida”), “Eta Aquarid” (“Eta-Akvarid”), “Delta Aquarid” (Delta-Akvarid), “Perseid”, “Orionid”, “Leonid” və “Geminid” adlanır.

Meteoritlərin sürtünmə nəticəsində yanması, son dərəcə yüksək sürətlə Yerin atmosferinə girərkən əmələ gələn yağışların ən diqqətçəkəni avqustun 11-dən 12-nə keçən gecə yaşanacaq.

Avqustun 14-də başlayan və sentyabrın 1-dək davam edəcək “Perseid” - meteorit yağışı yüksək dağlıq ərazilərdə daha asan müşahidə olunacaq.

TUG-un hesabatı professor Faruk Soyduğan və Tuncay Özışık tərəfindən hazırlanıb.
 

Dünyapress TV

Xəbər lenti