7f216df317c98b675ca46e9eab4148ee.jpg
  

Martın 28-də Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.

 
 
 

Dünyapress TV

Xəbər lenti