Azərbaycan alimi, “Kolloid kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, neftin ilkin hazırlanması nanoekotexnologiyaları üzrə tətbiqi kolloid kimyası sahəsində dünyada rekord olaraq 6 Elmi Kəşf həmmüəllifi Rahim Abas oğlu Daşdiyev Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının rəyasət heyətinin 04.09.2023-cü il tarixli qərarı ilə elmi kəşflər və onların Qazaxstan Respublikasının mürəkkəb neft yataqlarında tətbiqi nəticəsində 32 milyon dollar tərtibində əldə edilən iqtisadi səmərəyə görə A.Humboldt medalı ilə təltif edilmişdir. R.A.Daşdiyevin Elmi Kəşflərlə bağlı nəzəri və təcrübi fəaliyyəti Ümummilli Liderimiz Heydər Əliyevin alimlərə verdiyi dəyərlərlə (“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”) və həmçinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 10.05.2023-cü il tarixində texnologiyalarla bağlı verdiyi bəyanatla (“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”) tam dialektik vəhdət təşkil edir. Qeyd etmək lazımdır ki, R.A.Daşdiyev dünya təcrübəsində ilk dəfə olaraq, Quran ayələri əsasında dialektikanın yeni qanunu ilə bağlı 7-ci Elımi Kəşfin həmmüəllifidir. Teref. Xocanın Blogu