Ötən il ETN və İqtisadiyyat nazirlikləri İT bazarın inkişafına təkan vermək üçün “İT-Akademiya” təhsil layihəsinə start vermişdi. Layihə Rusiyanın “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, KOBİA, ADNSU və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilməliydi. Xatırlayıram ki, o zaman nazir Mikayıl Cabbarov layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini açıqlamışdı. Lakin hazırda bu layihədən bir xəbər yoxdur. Hansı uğurlar qazanıldı, kimlər buranı bitirdi, harada iş tapdılar və s. Layihənin əsas resursu , it-academy.az saytı da işləmir. Təşkilatçılar bu haqda heç bir rəsmi açıqlama verməyiblər. Təhsil xərclərinin əsas hissəsi təşkilatçılar tərəfindən ödənilməliydi. Odur ki o zaman bu layihənin reallaşması üçün hədsiz böyük maliyyənin də ayrıldığı bildirilirdi. Ümid edirəm təşkilatçılar layihənin davamlılığı haqqında bir açıqlama verəcəklər.. Osman Gunduz Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdır