DVX new.e-taxes.gov.az domeni üzərində İnternet Vergi İdarəsinin yeni portalını pilot rejimdə istifadəyə verib.
Köhnə e-taxes portalında olan xidmətlərin bir çoxu yeni portala inteqrasiya edilib.
Bir az test etdikdə müşahidə etdim ki, xeyli səhvlər, çatışmazlıqlar var. Hiss olunur ki, özləri də bunun fərqindədirlər və odur ki, bu dövlət resursunu BETTA versiya olaraq təqdim edirlər.
Güman ki, səhvlər çox olduğundan yeni resursla bağlı açıqlama verməyi də məqbul hesab etməyiblər
Xatırladıram ki, uzun illərdi İnternet Vergi İdarəsinin hazırkı e-taxes resursu fəaliyyət göstərir. Zamanında ən uğurlu və faydalı resurslardan biri olub.
Xeyli mükafatlar qazanıb. O cümlədən bizim apardığımız monitorinqlərdə də öndə olanlardan olub.
Amma son bir neçə illərdi ki, müasir tələblərə, standartlara cavab vermirdi. Vergiödəyiciləri üçün xeyli problemlər yaradırdı. Rahat deyildi, tez-tez donurdu.
Mobil versiyası yox idi.
Bildiyim qədər, son illər bu portalın, ümumiyyətlə DVX-nin AVİS sisteminin hazırlanması ilə bağlı bir neçə tenderlər keçirilib.
Cybernet şirkəti AVİS2 sisteminin yenidən qurulması üçün bir neçə tenderdə qalib gəlib və DVX ilə, dəyəri 10 milyondan manatdan çox olan müqavilələr imzalayıb.
Ümumiyyətlə, xatırlayıram ki, 2020-ci ildən bu tərəfə bu resursun yenilənməsinə xeyli cəhdlər olub, tenderlər olub, lakin hələlik işlək, müasir bir rəqəmsal vergi həlli yoxdur.
Ümid edirəm CyberNet şirkəti ortaya normal bir portal və mobil tətbiq çıxara biləcək.
Osman Gunduz
Teref.az