Özü üçün xaricdən dərman gətirənlərə bəd xəbər
Gələn il hökumətin vətəndaşlara daha bir “sürpriz”i olacaq.

Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, vətəndaşların şəxsi istifadəsi üçün idxal etdikləri, gömrük rüsumlarına və vergilərinə cəlb edilməyən dərman vasitələri ilə bağlı qaydalar tətbiq ediləcək.

Yeni qaydalarda artıq vətəndaşın özü üçün xaricdən gətirdiyi dərman vasitəsi rüsuma cəlb olunacaq.

DİA.AZ bildirir ki, bununla bağlı Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, məsələ ilə bağlı Gömrük Komitəsi ilə Səhiyyə Nazirliyi arasında işçi müzakirələr aparılıb.

Hər iki qurumun hazırladığı qərar gələn il Nazirlər Kabineti adından elan olunacaq.

Qeyd edək ki, Azərbaycanda dərman pereparatları qonşu Gürcüstan, İran və Türkiyə ilə müqayisədə 4-5 dəfə baha satılır.

Müalicəsi üçün imkanı olmayan şəxslər dərmanlarını adıçəkilən ölkədən gətirməyə çalışırdı.

Yeni qərar imkansız xəstə insanlar üçün ciddi çətinliklərə səbəb olacaq.

Dünyapress TV

Xəbər lenti