Bayden dünya ictimaiyyətinə növbəti pandemiya barədə xəbərdarlıq edib ABŞ Prezidenti Co Bayden bəşəriyyətin daha bir pandemiya ilə üzləşəcəyini söyləyib.
TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən ABŞ-Afrika sammitində çıxışı zamanı deyib.
“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa davam edirik.
Bizi gözləyən yeni pandemiya ilə bağlı üzləşməmək üçün universal tibbi sahədə səylərimizi gücləndiririk. Bu, şübhəsiz ki, olacaq”, - deyə Amerika lideri bildirib.
Bayden həmçinin qeyd edib ki, ABŞ 49 Afrika ölkəsinə 231 milyon doza vaksin tədarük edib.
Bundan əlavə, ABŞ Afrikanın öz peyvəndlərini istehsal etmək potensialına sərmayə qoyub.
Ağ Ev rəhbərinin sözlərinə görə, Afrikanın uğuru bütün bəşəriyyətin xilasına gətirib çıxarıb.