Bakı Sağlamlıq Mərkəzindən “Azəri-Med” QSC- yə 9,8 milyon manatlıq sifariş
Bakı Sağlamlıq Mərkəzi “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderinin
nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azəri Med" QSC olub. Şirkətlə 9 milyon 791 min 230 manat məbləğində müqavilə imzalanıb.
Müqaviləyə əsasən şirkət dərman preparatları və tibbi sərf malları ilə təmin etməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən
“Azəri-Med” MMC 2 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı
1020 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti,
ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə
Rəhimli Famil Vəli oğludur.
Media araşdırmaları zamanı aydın olub ki, Famil Rəhimli heç də MMC-nin əsl sahibi
deyil. Əldə etdiyimiz məlumatlara görə, şirkət əslində deputat Kamaləddin Qafarova
məxsusdur. MMC-nin hüquqi ünvanı ilə deputatın qeydiyyatda olduğu ünvanın üstüstə düşməsi də şirkətin ona məxsus olması barədə şübhələri artırır.
Kamaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun
müavinidir.
Görünür, bu səbəbdən “Azeri-Med” MMC həm Milli Onkologiya Mərkəzinin (MOM-un),
həm də Bakı Sağlamlıq Mərkəzinin elan etdiyi bir çox tenderlərin qalibi olur.
Şirkət bundan əvvəl də İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 397 min 682
manat dəyərindəki “Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan
tibbi ləvazimatları”n satın alınması” (14.10.2022) tenderini qazanıb.

Dünyapress TV

Xəbər lenti