Çində karantin səbəbindən insanlar tələbat mallarını ala bilmirlər. TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Çində Covid-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər davam edir. Apreldə Şanxayda və iyulda Uhanda həyata keçirilən karantin tədbirlərindən sonra ölkənin ən azı 30 müxtəlif bölgəsində milyonlarla insana yenidən evdə qalmaq əmri verilib. Bu səbəbdən, insanlar ərzaq və ilkin tələbat mallarına çıxışlarının olmadığını deyirlər. Səlahiyyətlilər oktyabrda keçiriləcək Çin Kommunist Partiyası Konqresinə qədər həm sıfır Covid siyasətini həyata keçirmək, həm də virusun daha da yayılmasının qarşısını almaq üçün çalışdıqlarını bildirirlər.