Azərbaycanın Rusiyadan idxal etdiyi toxumluq kartof məhsullarında çürüməyə səbəb olan orqanizm aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Ətraflı
Bildirilib ki, dövlət qurumunun müfəttişləri fitosanitar nəzarət tədbirləri zamanı Rusiyadan Azərbaycana idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.
Müayinələr nəticəsində Dağıstanın Dərbənd rayonundan idxal olunan 20.5, Suleyman-Stalskiy rayonundan gətirilən 67 ton toxumluq kartof məhsulu partiyalarında karantin tətbiq edilən orqanizm (Kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus)) aşkar olunub.
Hazırda məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair tədbirlər görülür.