|
Dünyada meymunçiçəyi virusuna yoluxanların ümumi sayı 50 mini keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı sonuncu statistik göstəricilərdə qeyd olunur. Qurumun açıqladığı rəqəmlərdə indiyə qədər sözügedən virusa 50 496 yoluxma, 16 ölüm halı qeydə alındığı bildirilir.
Qeyd olunub ki, buna baxmayaraq, Avropa və ABŞ-ın qaynar nöqtələrində virusun yayılma sürəti yavaşlayır.
Xatırladaq ki, mayın əvvəlindən bəri uzun müddət endemik olduğu Afrika ölkələrindən kənarda meymunçiçəyi infeksiyalarında artım qeydə alınıb. ÜST iyulun 24-də Covid-19 ilə yanaşı, meymunçiçəyi virusunu da beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti kimi təsnif edib və ən yüksək həyacan səviyyəsini işə salıb.