Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gətirildi - FOTO
Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661105402_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661105402_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661105403_2.jpg
 
 

Dünyapress TV

Xəbər lenti