Azərbaycanda "LayV" virusu yayıla bilər?
Çinin iki əyalətində təhlükəli "LayV" virusu aşkarlanıb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada virusun Henan və Şandun bölgələrində 35 nəfərdə aşkar edildiyi bildirilib.

İddialarda virusun heyvandan insana keçdiyi deyilir. Zhu Feng adlı çinli həkim bu faktı təsdiqləyib. Yeni virus haqqında danışan mütəxəssis xəstəliyin siçan kimi canlılar tərəfindən insanlara keçdiyini açıqlayıb.

O, bəzi xəstələrdə simptomların ağır olduğunu söyləyib: "Bütün xəstələr yüksək hərarət şikayəti ilə xəstəxanaya gəlib. Əksəriyyətində öskürək və halsızlıq var, lakin bəzilərində pnevmoniya və trombosit sayının azalması kimi ciddi simptomlar müşahidə edirik".

Həkimin sözlərinə görə, virusun niyə heyvandan insana keçdiyi bilinmir. Araşdırmalar davam edir. Tədqiqat zamanı 262 kəpənəkdən 71-də Lanqa virusuna rast gəlinib.

Məlumata görə, siçanlarla yanaşı, virus it, kəpənək və keçilərdə də aşkar edilib. Xəstələrdə ilk günlər yüngül simptomlar müşahidə olunur.

Xəstəliyin əsas əlamətləri zəiflik, öskürək, iştahsızlıq, yüksək hərarət, ürəkbulanma və əzələ ağrısıdır.

Maraqlıdır, bu xəstəlik koronavirus kimi yayıla və ölkəmizdə də görülə bilərmi? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, bu tip virusların ciddi təhlükəsi olmur:

"Yeni virus yayılanda öncə onun iş qabiliyyəti öyrənilir, nələr törədəcəyi araşdırılır. Çox zaman bu tip virusların ciddi təhlükəsi olmur. Yəni orqanizmə dərin ziyan vurmur, bədəni narahat etmir. Hər bir virusun özünə uyğun fəaliyyəti var.

Məsələn, yeni yaranan virusları koronavirusla müqayisə etmək doğru olmazdı. Yox, əgər bu virusun çox sayda mutasiyaları yaranarsa, o zaman bu artıq təhlükəli ola bilər. Gələcəkdə daha da yayılıb yayılmamasını isə heç kim deyə bilməz. Bunu zaman göstərir. Amma hazırda onun barədə olan məlumat belədir ki, təhlükə gözlənilmir. Ümumi yüngül müalicəylə sağalcaq virusdur. Bu kimi çox virus yayılır, önəmlisi budur ki, müalicəsi mümkün olsun".
0
 
 

Dünyapress TV

Xəbər lenti