Həkimlər indi koronavirusdan qorxmur:
Həkimlər indi koronavirus infeksiyasına yoluxma hallarının artmasından deyil, COVID-19-un qrip və ya adenovirusla mümkün birləşməsindən qorxurlar.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Virusologiya kafedrasının müdiri Yelena Malinnikova bildirib. O vurğulayıb ki, bu gün səhiyyə sistemini narahat edən məsələ koronavirusa yoluxma hallarının artması deyil, qarışıq infeksiyaların - COVID-19 və qrip və ya adenovirus və koronavirusun birləşməsinin meydana çıxa bilməsi təhlükəsidir. Mütəxəssisin sözlərinə görə, belə xəstəliklərin qarşısını almağın əsas yolu peyvənddir. "COVID-19-a qarşı gücləndirici peyvənd çox yaxşı nəticələr verir və xəstəliyə dözməyi asanlaşdırır, bəzi hallarda isə, insan bu virusa, hətta yoluxmur",-deyə Malinnikova vurğulayıb.

İnfeksionist əlavə edib ki, hələ may ayında koronavirusa yoluxma hallarının artacağı proqnozlaşdırılmışdı. "Hazırda yeni koronavirus faktiki olaraq hər gün mutasiyaya uğrayır, buna görə də bu virusa yoluxanlar xəstəliyi yüngül keçirirlər",-deyə həkim izah edib. Xatırladaq ki, Hamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq bir müddət əvvəl bildirmişdi ki, "Omikron"un yeni variantlarından qoruyacaq vaksin "Sputnik V" ilə eyni platformada yaradılıb.

Sevinc Tapdıqqızı
 

Dünyapress TV

Xəbər lenti