ABŞ-ın məşhur alimi müharibə veteranlarının müalicəsi üsullarını açıqlayıb - EKSKLÜZİV
ABŞ ən çox müharibə veteranının intihar etdiyi ölkələrdən biridir. Müharibədən sağ çıxmağın psixi, emosional və mənəvi travması nəticəsində bu ölkədə veteranlar intihar riski yüksək olan qruplar sırasındadır. ABŞ-ın İntiharın Qarşısının Alınması İdarəsinin məlumatına görə, son 20 ildə 30 mindən çox müharibə veteranı intihar edib. İraq və Əfqanıstan müharibələrindən sağ qayıdan amerikalı veteranları arasında intihar halları bu günə qədər davam edir.

Birləşmiş Ştatlarda intihar hallarının qarşısının alınması, müharibə veteranlarının hüquqlarını gücləndirmək və veteranlara cəmiyyətdə hörmətlə yanaşılmasını təmin etmək üçün xüsusi qanunlar qəbul edilir, televiziya kanallarında onların keçmiş fəaliyyətlərinə dair videoçarxlar nümayiş olunur. Xüsusilə xəbər kanallarında yayımlanan sosial çarxlarda veteranların ailələri ilə birlikdə qatıldıqları incəsənət və musiqi kurslarındakı fəaliyyətləri göstərilir. Bundan başqa ölkədə veteranlara kirayə evlər verilir, bu evlərin kirayəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, ev almaq istəyən veteranlar üçün vəsait toplanılması məqsədiylə ianə kampaniyaları təşkil edilir. Müharibə veteranları arasında intihar hallarının digər ölkələrdə də olduğunu nəzərə alaraq, mövzu ilə bağlı ciddi araşdırmalar aparan dünyanın ən böyük mərkəzlərindən birinin mütəxəssisi ilə söhbətləşdik.

Posttravmatik stress pozuntusu (PTSD) Milli Mərkəzinin icraçı direktoru prof.dr.Paula Şnurr “Report”un yerli bürosuna müsahibəsində PTSD sindromunun müayinəsi, müalicəsi və xəstəliklə bağlı ABŞ təcrübəsi paylaşıb.

Amerikalı alim bildirib ki, hazırda icraçı direktoru olduğu mərkəz 33 ildir, ABŞ-da travma təcrübəsi olan veteranların, hərbi qulluqçuların və mülki şəxslərin müalicəsi sahəsində dünyanın aparıcı tədqiqat və təhsil müəssisələrindən biridir. O, karyerasını PTSP sindromu ilə yaşayan amerikalı veteranların klinik baxışını inkişaf etdirməyə və ən təsirli müalicə üsullarını tapmağa həsr edib.

P.Şnurr PTSD-dən əziyyət çəkən xəstələr və simptomun bilməyən tərəflərindən danışıb: “Hər birimiz bilməliyik ki, xəstəlik sadəcə müharibə veteranlarında deyil, fiziki və ya cinsi təcavüzə, fəlakət və ya ciddi qəza kimi travmatik hadisəyə məruz qalan hər kəsdə ortaya çıxa bilər. PTSD-nin dörd növ əlaməti var: - hadisəni xatırlamaqdan qaçınmaq, qəzəb və günahkarlıq hissi və həddindən artıq həyəcanlanma, düşüncə və hisslərdə dəyişiklik. Demək olar ki, hər kəs travmatik hadisədən sonra müəyyən dərəcədə bu simptomları yaşayır. Simptomlar şiddətli olmadıqca və ən azı 30 gün davam etmədikcə biz PTSD diaqnozu qoyulmur”.

Alim bildirib ki, amerikalıların təxminən 6 faizi həyatının hansısa mərhələsində travma sonrası stress pozğunluğundan əziyyət çəkir. Veteranlar arasında daha çox rast gəlinən xəstəliyin aşkarlanması və müalicəsi üçün dövlət proqramları hazırlanıb və 2007-ci ildə ABŞ Konqresi xüsusi qanun qəbul edib. Qanuna əsasən, veteranlarla bağlı olar qurumlara əlavə səlahiyyətlər verilib: "Mərkəzimizdə veteranların və onların yaxınlarının mərkəzlə əlaqə qurması və mütəxəssislərlə söhbət etməsi üçün qaynar xəttlər fəaliyyət göstərir. Təşkilatda PTSD sindromunun aşkarlanması xüsusi testlər vasitələrlə həyata keçirilir. Travmatik təcrübə yaşayan bir şəxs simptomlarla bağlı altı sualdan üçünə “bəli” cavab versə, PTSD olma etimalı yüsəkdir.

Simptonlar bütün həyata müdaxilə edir, ona görə də vaxtında aşkar olunduğu halda müalicə vasitələri xəstənin həyatını asanlaşdırır. PTSD diaqnozu qoyulmuş bir şəxs üçün həm psixoterapiya, həm də dərmanlarla bir sıra təsirli müalicələr üsulları mövcuddur. Bunlardan ən effektiv olanı isə travmaya yönəlmiş psixoterapiya metodurdur ki, bu da 8 ilə 16 seans arasında dəyişir. Bu metodla yaddaş üzərində işlənilir və qurbanların həyata tam inteqrasiya etməsi, xoşagəlməz xatirələri xatırlatmaması üçün intensiv müalicələr tətbiq olunur. Uğurlu müalicə ilə uğurlu nəticələr əldə oluna bilər. Onu da qeyd edim ki, iyun ayı ABŞ-da PTSD maarifləndirmə ayıdır. Ümid edirik ki, bütün dünyada PTSD qurbanlarının aşkar olunması və müalicəsi üçün yetərli qədər maarifləndirmə fəaliyyətləri həyata keçiriləcək”.
report

 

Dünyapress TV

Xəbər lenti