Bu gün Azərbaycandan Həcc ziyarətinə yollanan yeddinci, yəni sonuncu zəvvar qrupları yola düşəcəklər.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar bu gün saat 11:00-da təyyarə ilə yola düşəcəklər.
Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları 25-31 may tarixlərində hər gün Həcc ziyarətinə yola düşəcəklər. Hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər saat 11:00-da və axşam saat 17:55-də yola düşüb.