"Bağda ərik qurtardı..." -
7 günlük bayram tətili başa çatdı. Etiraf etməliyik ki, bayramlarda evdə olduğumuz zaman ən əsas işimiz yemək olur. Çünki bayram günlərində hamı çalışır ki, bacardığı qədər fərqli yeməklər, salatlar və şirniyyatlar hazırlasın. Bayramda çox yeyənlər 2-3 kq kökəlmiş ola bilər. Dietoloqların fikrincə, alınan yeni çəkiləri onlar yağa çevrilməmişdən öncə atmaq daha asandır.
Bizimyol.info bayramdan dərhal sonra forma almağınızı asanlaşdıracaq bəzi təklifləri təqdim edir:

1. Əgər bayramda nə yediyinizə fikir vermədiyinizi düşünürsünüzsə, maddələr mübadiləsinin işləməsinə indidən töhfə vermək vacibdir. Çox güman ki, siz çox şəkər və yağlı qidalar qəbul etmisiniz. Tərəvəz və meyvələrdən isə demək olar ki, istifadə etməmisiniz. Bunun üçün əskik olan qidaları kiçik hissələrdə gündəlik rasionunuza əlavə edə bilərsiniz.

2. Meyvə, süd, pendir, qatıq, tam buğda çörəyi, quru meyvələr, qoz və ya fındıq yaxşı alternativ ola bilər.

3. Axşam yeməyində ağır yeməklər yerinə yüngül yeməklər yemək vacibdir. Yeməklərinizin yağ və duzunu azalda, ədviyyatlarla zənginləşdirə bilərsiniz.

4. Yeməklərinizi yavaş-yavaş yemək və porsiyalarınızı azaldaraq mədənizə kömək etmək faydalı olacaq.

5. İdman etməyi unutmayın. Gündə 30-40 dəqiqə gəzinti çox vacibdir. Ancaq bunu açıq havada edirsinizsə, səhər tezdən və ya axşam edin. Hərəkəti artırmaq önəmlidir. Yəni yalnız qəbul etdiyiniz kalorilərə deyil, yandırdığınız kalorilərə diqqət yetirmək vacibdir.

Niyə su içməlisiniz?

Su istehlakı bədənimizi toksinlərdən azad edir, ödəmi azaldır, bədən istiliyini və böyrəklərin fəaliyyətini tarazlaşdırır. Odur ki, su istehlakınıza laqeyd yanaşmayın.

Bayramdan sonra pəhriz nümunəsi
Səhər:
1 dilim tam buğda çörəyi

Pomidor, xiyar, çoxlu göyərti

Arada:
2 təzə ərik, 15 badam

Günorta:
Səhər salat yeyə bilərsiniz.

Arada:
Meyvə-tərəvəz

1 dilim pendir

1 dilim buğda çörəyi

Axşam:
Limitsiz soyuq pomidor şorbası

1 dilim tam buğda çörəyi

Qatıq

Arada: qatıq, 3 qoz, alma.
QEYD: Bu pəhriz heç bir sağlamlıq problemi olmayan şəxslərə nümunə olaraq hazırlanmışdır. Zəhmət olmasa 3 gündən artıq müddətə müraciət etməyin və hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin.
 

Dünyapress TV

Xəbər lenti