Beyinin yaxşı işləməsi və huşsuzluğun aradan qaldırılması üçün vacib olan qidalar
Beyin orqanizmə daxil olan kalorilərin təxminən 20 faizini istehlak edir.
Qidalanma beyinin fəaliyyətinə təsir edir, onu faydalı maddələrlə təmin edərək onun yaxşı işləməsinə kömək edir.
Bu barədə həkim-nevroloq, autizm üzrə mütəxəssis Robert Melillo və neyrobioloq Deyl Bredesen ABŞ-ın "HuffPos" onlayn nəşrinə beyin üçün ən faydalı olan qidaları açıqlayıblar.
Melillo, beynin orqanizmə daxil olan kalorilərin təxminən 20 faizini istehlak etdiyini söyləyib. Bu, insan bədənindəki digər orqanından daha çoxdur, buna görə də qidalanma zehni fəaliyyətin keyfiyyətinə birbaşa təsir göstərir. Həkimin sözlərinə görə, qaragilə və ya alma kimi tərkibində flavonoidlər olan qidalar beyni gənc saxlayır və demansın inkişaf riskini azaldır.
Həkim-nevroloq həmçinin iltihab əleyhinə malik olan qidaları ağıl üçün faydalı adlandırır. Bu qidalara göyərti, zəncəfil, brokkoli və sarıkök daxildir.
Neyrobioloq Bredesen əlavə edib ki, yağlı balığın və avokadonun da beyinə faydası var, çünki onların tərkibində damar sağlamlığı və yaddaşın funksiyası üçün lazım olan yağlar var.
Bundan əlavə, o, daha çox yumurta yeməyi məsləhət görüb. Neyrobioloq izah edib ki, onların tərkibində sinir sistemi üçün vacib olan asetilkolin-neyromediator var.
 

Dünyapress TV

Xəbər lenti