Uzun və sağlam həyat balanslı və müxtəlif qidalanma ilə başlayır. Bol meyvə və tərəvəz, tam taxıl istehlak etmək və protein ehtiyaclarınızı sağlam mənbələrdən qarşılamaq vacibdir. Sağlam yağlar, omeqa-3 yağ turşuları və lif ehtiva edən qidalara diqqət yetirmək də önəmlidir. Hazırda gözlənilən ömür uzunluğu kişilər üçün 79, qadınlar üçün 82,9 ildir. Bunların bəziləri genetik faktorlardan asılı olsa da, meyvə və tərəvəz yeməyin də əhəmiyyətli olduğu söylənilir. Foodinfo.az xəbər verir ki, ömrü uzadan qidalardan biri də brokolidir. Onun tərkibində antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğu bilinən sulforafan adlı kimyəvi maddə var və brokoli yedikdən sonra bir neçə saat ərzində qan dövranında onların səviyyəsi yüksəlir. Sulforafanın xərçənglə mübarizədə təsirli dərman olduğu da məlumdur.Brokolinin tərkibində C vitamini, A vitamini, K vitamini və digər vacib qida maddələri də var. Məsələn, A vitamininin gözlərə faydalı təsirləri var. O, katarakt riskini azaldır, yaşa bağlı görmə itkisinin və makula degenerasiyasının qarşısını alır. Müxtəlif Araşdırmalar brokolinin ürəyə faydalı təsir göstərdiyini də göstərib. Yüksək səviyyədə "pis" LDL xolesterin və trigliseridlər ürək xəstəliyi üçün əsas risk faktorlarıdır. Lakin brokoli bu markerlərin yaxşılaşdırılmasında rol oynayır.