Yemək orqanizminizin işləməsi üçün lazım olan enerjini təmin edir. Ancaq yatmazdan əvvəl bəzi qidalardan qaçınmaq lazımdır.
Xarici KİV yatmazdan əvvəl qaçmalı olduğunuz qidaları təqdim edir:
Kofeinli içkilər: Qəhvə və kofeinli soda yaxşı yuxuya kömək etmir. Hətta tərkibində kofein olan çayı belə yatmazdan əvvəl içmək tövsiyə edilmir. Çünki kofein orqanizmdə 8 saat aktiv olaraq qalır.
Ədviyyatlı qidalar: Ədviyyatlı qidalar ürək yanmasına və rahat yuxuya mane ola biləcək turşu reflüsinə səbəb ola bilər. Acılı qidalarda olan kapsaisin yuxu problemlərinə gətirib çıxarır.
Spirt: Yatmadan dərhal əvvəl spirt içmək, sidikqovucu təsiri səbəbiylə oyanmağınıza səbəb olaraq istirahət keyfiyyətinizə mənfi təsir göstərə bilər. Bundan əlavə, spirt əhval-ruhiyyəni tənzimləyən və yaddaşın saxlanmasını yaxşılaşdıran yuxunun vacib mərhələsi olan REM yuxusuna mane olur.
Şokolad: Şokolad, xüsusilə tünd şokolad tərkibində antioksidantlar və az miqdarda kofein var ki, bu da orqanizmi stimullaşdırır. Yatmadan əvvəl şokolad yemək tez yuxuya getməyi çətinləşdirə bilər.
Odur ki, keyfiyyətli istirahəti qorumaq üçün yatmazdan əvvəl sadalanan qidaları istehlak etməkdən çəkinmək tövsiyə olunur.