Şəkərli çay və qəhvə içmək insan səhhətinə ziyandır.
Cebhe.info xəbər verir ki, bu barədə dietoloq Yelena Başkirova danışıb.
Onun sözlərinə görə, belə birləşmə orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Başkirova xəbərdarlıq edib ki, hər fincan şəkərli içki mədəaltı vəzinin çoxlu insulin istehsal etməyə başlamasına gətirib çıxarır.
“Bu, zülal, lif və sağlam yağlarla tarazlaşdırılmayan sürətli karbohidratlara standart reaksiyadır”,-deyə həkim vurğulayıb.
Bu baxımdan dietoloq şəkərsiz çay və kofe içməyi məsləhət görür. O, şəkərdən tam imtina etmək çətindirsə, nisbətləri nəzərə almağa çağırıb. Beləliklə, əlavə edilən şəkər gündəlik qəbul edilən kalorinin 10%-dən çox olmamalıdır. Başkirova xatırladıb ki, şəkər çörək, konserv, kolbasa, sous və çörək məmulatları kimi bir çox məhsulların tərkibində olur.