Harman alkaloidləri və ya üzərlik bizi necə xoşbəxt hiss etdirir?
Əsrlərdən bu yana xalq arasında yayğın olaraq istifadə edilən və "nəzər qaytardığı" iddia edilən üzərlik bitkisinin tüstüsünə məruz qalan insanlar özlərini daha xoşbəxt hiss etməyə başlayırlar.
Buna səbəb heç də iddia edildiyi kimi "üzərimizdən nəzər götürülməsi" deyil.
Bitkinin tərkibində xüsusən də toxumlarında yüksək miqdarda mövcud olan Harman alkaloidləri təsirli monoamin oksidaza inhibitorlarıdır.
Yəni beynimizdə serotonin, noradrenalin və dopamin artıqlığı yaratdığı üçün təsirə məruz qalan insanların özlərini daha xoşbəxt hiss etməsinə səbəb olurlar.
Tibbdə antidepressiv vasitə kimi istifadə edilən bu maddələr yüksək dozada hallusinasiyaya da səbəb ola bilər.
 

Dünyapress TV

Xəbər lenti