Havaların soyuması və payızın yaxınlaşması ilə xəstəliklər də artır.
Xüsusilə bu mövsümdə qripə yoluxanların sayında artım olur. Bu təhlükədən vaxtında qorunma üçün ölkəmiz də daxil olmaqla bir çox ölkələrdə qrupə qarşı peyvənd edilir.
Cebhe.info xəbər verir ki, terapevt və immunoloq İrina Yartseva peyvənlərdən danışıb.
Həkim qrip, koronavirus, tetanoz, difteriya və hətta suçiçəyinə qarşı peyvənd olunmağı məsləhət görüb. İlk növbədə, uşaqlar, yaşlılar, bronxopulmoner və digər xroniki xəstəlikləri olan xəstələr, eləcə də ofis işçiləri qripə qarşı peyvənd olunmalıdırlar.
İmmunoloq həmçinin koronavirusa yoluxma riski olan insanlara revaksinasiya haqqında düşünməyi tövsiyə edib. Bundan əlavə, Yartseva tetanus və difteriyaya qarşı peyvəndin son dəfə nə zaman vurulduğunu dəqiqləşdirməyə və buna uyğun qərar verməyə çağırıb. Bildirib ki, bu cür peyvəndlər hər 10 ildə bir dəfə edilməlidir.