Türkiyənin paytaxtı Ankaradan Gürcüstana gedən folklor konvoyunun ekipaj heyəti orada yedikləri yeməkdən zəhərlənib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, geri dönərkən vəziyyəti pisləşən 46 nəfər Ordunun Fatsa rayonundakı xəstəxanaya aparılıb.
Ekskursiya avtobusu ilə Gürcüstana gedən folklor komandası geri qayıtmazdan əvvəl Batumidə nahar edib.
Onların bir qismi təcili yardım maşınları, bəziləri isə tur avtobusu ilə Fatsa Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya çatdırılan 46 nəfərdən 26-sı evə buraxılıb, 20 nəfər isə müşahidə altına alınıb.
Müşahidə altında olanların həyati təhlükəsinin olmadığı bildirilir.