Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Teref.Az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.
Komitə sədri deyib ki, qanun layihəsi dünyanın məşhur dərman istehsalçılarının istehsal etdiyi dərmanlara əlçatanlığı asanlaşdıracaq.
Eyni zamanda Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklikliyin birinci oxunuşunda çıxış edən deputatların ölkəyə gətirilən dərmanların keyfiyyətsiz, qiymətlərinin baha olması ilə bağlı dediklərinə sə münasibət bildirib.
Qeyd edək ki, qanun layihəsinin müzakirə ilə bağlı səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin iclasında iştirak edir.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul olunub. \\Cebhe.info