“Azərbaycan məqsədinə çatdı, Laçın dəhlizi yoxdur, adi yol var”
“Laçın dəhlizində 12 gündür davam edən aksiyanın nəticələrini ümumiləşdirsək, birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycan ilk məqsədinə nail olub. Artıq dəhliz yoxdur, adi yol var”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın siyasi fəallarından olan Avetis Babacanyan “Hraparak” qəzetində yazıb.

Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizinə nəzarəti də bərpa edib. “Düzdür, bir müddət sonra yolu açacaqlar. Lakin Azərbaycanın güc strukturlarının nümayəndələri yola nəzarətdən əl çəkməyəcəklər”.

Babacanyan deyir ki, Azərbaycan uzun müddətdir Laçın dəhlizinə nəzarəti bərqərar etməyə çalışırdı. Lakin Ermənistanın müqaviməti sayəsində bu baş tutmurdu. “Qarabağdakı ermənilər bildirirdi ki, əgər azərbaycanlılar yola nəzarət etsələr, bu, Qarabağda yaşayanlara pis təsir edəcək. Ardından isə Qarabağdak kütləvi köç başlayacaq”.

Erməni siyasətçi onu da qeyd edir ki, Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları da başa düşürdülər ki, əgər onlar yola nəzarəti Azərbaycanla bölüşsələr, onların rolu xeyli azalacaq və mövcudluqları mənasız olacaq. “Təsəvvür edin ki, rus əsgəri kiməsə o yolu keçməyə icazə verir, Azərbaycan isə bundan imtina edir. İndi ruslar yola nəzarəti tamamilə itiriblər. Onlara təsəlli verə biləcək yeganə şey odur ki, azərbaycanlılar hələ də rusların öz qoşunlarını lazımi ərzaq və yanacaqla təmin etməsinə mane olmurlar. Ya Rusiya Qarabağa görə, Azərbaycan-Türkiyə ilə münaqişəyə girmək istəmir, ya da başqa razılaşmalar var”.

Babacanyan bildirir ki, yaxın günlərdə yol açıldıqdan sonra isə Qarabağ erməniləri seçim qarşısında qalmalı olacaqlar. Onun sözlərinə görə, yeni təklif bu olacaq ki, rus sülhməramlılarının nəzarəti altında Ermənistana gedib-gələ bilərlər. “Bu isə o deməkdir ki, ermənilər hərkət edərkən, maşınlarını saxlamalı, yük yerini açmalı, pasport təqdim etməlidirlər. Nəticədə, onlar da azərbaycanlıların nəzarəti altında maşın sürməyə razılaşacaqlar və razılaşmayanların isə seçimi olacaq: Qarabağı birdəfəlik tərk etmək və bir daha o yolla hərəkət etməmək”.

Erməni müəllif hesab edir ki, Azərbaycan yolu bağlamaqla ekoloji problemidə həll etmiş olub. “Qarabağda yerləşən mədənlər çətin ki, bundan sonra istismar olunsun. Çünki çıxarılan konsentratın Ermənistana daşınması ehtimalı azdır. Qarabağ boşaldıqdan sonra isə azərbaycanlılar mədənlərə tam nəzarət edəcəklər”.

Babacanyan bir məsələ barəsində danışıb. O deyib ki, Ermənistan hökuməti heç bir şəkildə vəziyyətə müdaxilə etmir. Onun rəyinə görə,İrəvan bununla Qarabağın Azərbaycanın daxili məsələsi olması mövqeyindən çıxış edir və eyni zamanda bunu humanitar məsələ hesab edir. “Azərbaycanın Laçın dəhlizinə, insanların və malların daşınmasına nəzarət etməsi Paşinyan üçün sərfəlidir. O, ümid edir ki, bundan sonra Azərbaycanın Ermənistandan Naxçıvana qoşulmaq üçün dəhliz tələb etməyə daha legitim haqqı olmayacaq. İndiyədək Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən dəhlizin Laçın dəhlizi ilə eyni hüquqi statusa malik olacağını tələb edirdi. Bununla da Paşinyanın “Qarabağı verdik, amma 29 min kvadrat km ərazimizi qoruduq” tezisi də yalan çıxacaq”.

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi

Dünyapress TV

Xəbər lenti