“Mən istisna edirəm ki, azərbaycanlıların tələbləri yerinə yetirilmədən “Artsax”ı Ermənistanla birləşdirən yol açılacaq.
Hurriyyet.Az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
O, bildirib ki, Azərbaycan ən azı erməni tərəfinin bu və ya digər vaxtlarda tələbləri yerinə yetirəcəyinə dair vəd almalıdırlar.
“Güc və təşəbbüs onların tərəfindədir, tələblərindən əl çəkməyəcəklər. Məqsədləri barədə açıq danışırlar: Zəngəzur dəhlizi və Qarabağın Azərbaycanın daxili məsələsi kimi təqdim ediləcəyi sülh sazişinə nail olmaq və minimum Laçın dəhlizi və mədən üzərində nəzarət proqram”, – deyə Kiviryan bildirib.
O qeyd edib ki, indi faktiki olaraq Azərbaycan Laçın dəhlizinə nəzarət funksiyasını yerinə yetirir.
“Azərbaycan deyir ki, bu mənim ərazimdir və mənim girib yoxlama aparmaq hüququm var. İndi onlar ya məqsdələrini həyata keçirməyə çalışmalıdırlar, ya da erməni tərəfdən sanballı vədlər almalıdırlar, ya da Rusiya tərəfinin vasitəçiliyi ilə erməni tərəfinin onları hansı müddətdə yerinə yetirəcəyinə zəmanət almalıdırlar”, – deyə politoloq bildirib.
Kiviryanın sözlərinə görə, hazırda rəsmi Bakı Rusiya tərəfinin bəyanatına əsasən, Ermənistanın öz mövqeyini bildirməsini gözləyir.
“Bu tələblərin yerinə yetirilməsi ona gətirib çıxaracaq ki, azərbaycanlılar nəinki sadaladığım tələblərdən geri çəkilməyəcək, həm də artıq möhkəmlənmiş mövqelərdən başqa, digər tələblər irəli sürməyə başlayacaqlar. Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir. Ona görə də indi təslim olmaq başqa tələblərə yol açmaq demək olardı” – deyə erməni politoloq əlavə edib. \\KONKRET.az