“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd istiqamətində yeni təxribata hazırlaşır”
Sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində tərətdiyi genişmiqyaslı təxribatlardan bir ay keçib. Həmin gün stkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməyə və mövqelərimizi atəşə tutmağa başladı. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız arasında çoxsaylı itkilərə məruz qaldıq, paralel olaraq Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralandılar.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü.

Düşmən düşmən ordusu cəmi 7 saatlıq gecə döyüşləri zamanı 400 nəfərdən çox şəxsi heyətini, 1 milyard manatlıq hərbi texnikasını və daha əvvəl nəzarətində olan 74 döyüş mövqeyini və 11 strateji yüksəkliyi itirdi. Amma bu fərari erməni ordusunun qalıqlarına yenə dərs olmadı.

Ümumiyyətlə, sentyabr toqquşmalarından keçən son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv xarakter daşıyır.

Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.

Belə ki, sentyabrın 14-də Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutuldu. Eyni gündə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutdu.

Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsinə aid kəşfiyyat əlamətləri ərazidə yenə də müşahidə olunmağa başlayıb. Bütün bu əlamətlər Ermənistan ordusunun ən azı orta miqyaslı hərbi təxribata hazırlaşdığını deməyə əsas verir.

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edərək bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutdular.

Sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutdular.

Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması nəticəsində hərbi qulluqçularımız Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralandılar.

Sentyabrın 27-də Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirildi. Daha əvvəl isə eyni PUA Naxçıvanda yerləşən bölmələrimiz tərəfindən yerə endirilmişdi.

Sentyabrın 28-i saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu və atəş nəticəsində hərbi qulluqçumüz İsgəndərov Nicat Hidayət oğlu yaralandı.

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutdu.

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutdu.

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutdu.

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutdu.

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açdı.

Bütün sadalanan rəsmi məlumatları, Ermənistanın ərazidə şəxsi heyət və hücum silahlarını cəmləşdirməsini, ərazidə həyata keçirilən mühəndis istehkam fəaliyyətlərini və mövcud kəşfiyyat məlumatları yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin Görus, Basarkeçər, Cermuk və Tovuzqala istiqmətindən Azərbaycana qarşı yeni təxribatlara hazırlaşdığını ehtimal etməyə əsas verir. Ermənistan ordusu Görus, Basarkeçər, Cermuk və Tovuzqala istiqmətində yerləşən mövqelərində hücuma hazırlıq məqsədləri daşıyan mühəndis qurğuları inşa edir. Mövcud əməliyyat şəraiti, məğlub erməni silahlılarının şərti sərhədlərdə belə bir fəaliyyətlər həyata keçirməsi, Ordumuzdan ayıq sayıqlığı atırmağa və təxribat ehtimalı yüksək olan düşmən fəaliyyətlərinin qarşısını təsirli və adekvat şəkildə alınması üçün daim döyüşə hazır olmağı tələb edir.

Ermənistan silahlı qüvvələrinin son günlər yenidən yuxarıda adı çəkilən 4 rayon istiqamətində qoşun və texnika cəmləşdirməsinə aid təsdiqlənməyən məlumatların mövcud olması, bu istiqamətlərdən hücum məqsədli mühəndis fəaliyyətləri həyata keçirməsi, Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutması, İrəvanın vəziyyəti qəsdən gərginləşdirməklə Azərbaycanı növbəti “Dəmir Yumruq” zərbəsi ilə təhlükəsizlik zonasını yaratmağa təhrik etmək məqsədi daşıyır. Sonradan isə erməni siyasətçilərin “Azərbaycan “böyük və yazıq Ermənistanı cəzalandırır” şüarı ilə hay küy qaldırıb kənar ölkələri regiona dəvət etmək niyyəti də aşkar hiss olunur. Çünki, Ermənistan hakimiyyəti Vətən Müharibəsində məğlub olsa da, paket şəkildə sülh müqaviləsini imzalamaq istəmir. “Divar” isə İrəvavan üçün qurtarır, bu müqavilədən yayınmaq üçün Ermənistanın yalnız bir seçimi var: yenidən gərginlik yaratmaq. Bu gərginlik Ermənistan üçün yeni insan, texnika və ərazi itkiləri ilə müşaiyət olunacaq. Sonra isə İrəvan birgə Bəyanatın şərtlərindən yayınmaq üçün regiona digər qüvvələri cəlb etmək üçün bu faktlardan geniş istifadə edə biləcəyini düşünür. Bu istiqamətdə artıq 30 illikişğal ərzində səsi çıxmayan bəzi Qərb dövlətlərindən işğalçı ölkəyə dəstək bəyanatları səslənməkdədir. Lakin onlar unudur ki, bu gün Qafqazda tək işğalçı ölkə 2 ildir “timsah göz yaşları” tökən və adı 38 ildir terrorla bərabər çəkilən Ermənistandır. Rusiyanın Ukrayna işğalına 1 həftə ərzində xorla reaksiya verən Qərb siyasətçiləri, nədənsə Ermənistanın 30 illik Azərbaycan işğalına və ya Xocalı kimi çoxsaylı soyqırımlar barədə kəlmə kəsmədilər. Doğrudanmı Sizin Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının hələ də Azərbaycan torpaqlarında mövcudluğu və Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin hələ də erməni işğalı altında olduğundan xəbəriniz yoxdur? Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətməsindən, birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılmasından, onların əksəriyyətinin işgəncələrə məruz qalaraq öldürülməsindən və kütləvi məzarlıqlarda basdırılmasından, işğaldan azad edilən iki kəndimizdə bu il kütləvi məzarlıqlar aşkar edilməsindən kimin məlumatı yoxdursa, heç olmasa bu mövzularda sussunlar.

Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasətini bu gün də korcasına dəstəkləyən ikiüzlü siyasətçilər, tez ya gec ədalət yerini tapacaq və sizlər haqlı olaraq “erməni terorrunun şərikləri” damğasını ağır bir yük kimi uzun illər boyu daşımalı olacaqsınız. Buna heç şübhəniz də olmasın.
 
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

Dünyapress TV

Xəbər lenti