"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
“Laçın rayonunun Zabux və Cağazur istiqamətindəki mövqelərimizi atəşə tutulması Ermənistanın növbəti təxribatıdır”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada iki məsələ ola bilər.

“Birinci məsələ Paşinyan ordusuna nəzarət edə bilmir və onunla müxalifətdə olan qüvvələrin istəyilə şərti sərhədimizdə atəşkəs pozulur. Digər bir məsələ, Qərbin verdiyi silahlardan ruhlanan Paşinyan hakimiyyəti sülh müqaviləsi məsələsini gündəlikdən çıxarmağa çalışır”-deyə deputat qeyd edib ki, bu səbəbdən də atəşkəsi pozmaqla vəziyyəti gərginləşdirir və sülhlə bağlı əldə olunmuş razılaşmaları heçə endirməyə çalışır.

Azər Badamov əlavə edib ki, Azərbaycan ordusu erməni təxribatlarına hələ ki, səbrlə yanaşır.

“Səbrimizin də bir həddi var. Əgər Ermənistan şərti sərhədimizdə atəşkəsin pozulması hallarını intensivləşdirərəsə, təbii ki, qabaqlayıcı tədbirlərin görülməsinə məcbur olacağıq. Ermənistan ona dəstək verənlərdən aldığı iki-üç silahla özünü güclü hesab edərək belə təxribatlara əl atırsa, böyük səhv edir. Çünki, Azərbaycan ordusu ilə Ermənistan ordusu üz-üzə gələ biləcək səviyyəyə heç vaxt çatmayacaq. Ən azından dövlətimiz ona imkan verməyəcək. Bu baxımdan Paşinyan atəşkəsi pozmaq əvəzinə sülh müqaviləsi ilə bağlı tələblərimizi icra etməyinə tələsməlidir”-deyə deputat vurğulayıb.

Bölmənin digər xəbərləri

07 Yanvar 2025 Ermənistan niyə TƏXRİBAT törətdi? - Rusiya bu işin ARXASINDADIR?
01 Yanvar 2025 Veysəloğlu Şirkətlər Qrupu Xankəndidə keçirilən "Qış nağılı" yarmarkasına sponsor oldu
27 Dekabr 2024 Ballıcaya ikinci köç yola salındı
24 Dekabr 2024 Paşinyan Ermənistanın eks-prezidentlərini keçmiş Qarabağ məsələsi ilə bağlı debata ÇAĞIRDI
23 Dekabr 2024 İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
23 Dekabr 2024 "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
23 Dekabr 2024 Növbəti köç karvanı Şuşaya yola salındı – Fotolar
21 Dekabr 2024 İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki...
21 Dekabr 2024 Niyə belə deyilir - Qarabağın pambıq bəyləri
19 Dekabr 2024 Qarabağda nə qədər erməni qalıb? – Prezident açıqladı
17 Dekabr 2024 Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı
17 Dekabr 2024 Prezidentdən azad edilən ərazilərlə bağlı SƏRƏNCAM
14 Dekabr 2024 Zəngəzur dəhlizi ilə bağlı yeni təklif - İNCƏLƏMƏ
13 Dekabr 2024 Şuşaya mövsümün ilk qarı yağdı
04 Dekabr 2024 Sərkisyanın Bakı ilə bağlı şərti üzə çıxdı... - "Döyüşlər 7 gün davam etsəydi…”
03 Dekabr 2024 Ağdam-Xankəndi yolundan yeni GÖRÜNTÜLƏR
03 Dekabr 2024 Sabiq nazir erməni fakültəsinin, deputat isə institutun yaradılmasını təklif etdi
02 Dekabr 2024 Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salındı
30 Noyabr 2024 Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı
29 Noyabr 2024 Növbəti köç karvanı Cəbrayıla yola salındı – FOTOLAR

Dünyapress TV

Xəbər lenti