Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə işə başlanıldı. Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev bildirib:

"Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır.

Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Bu gün iqtisadçılar, ekspertlər, millət vəkilləri də Zəngəzur dəhlizinin böyük iqtisadi əhəmiyyətə malik olduğunu deyirlər.

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasındadır:

"Sözsüz ki, bu uğurların qazanılması, beynəlxalq əlaqələrin gündən-günə möhkəmləndirilməsi və genişləndirilməsi çox mühüm layihələrin həyata keçirilməsi ilə əlaqədardır. Şərqi Zəngəzur dəhlizi də beynəlxalq əhəmiyyətli bir nəqliyyat layihəsidir. Bu dəhlizin açılması nəinki Azərbaycan, region dövlətləri, eləcə də dünya üçün çox vacib və dəyərlidir.

Dəhlizin açılması Avropa ölkələri ilə dünya ölkələrinin nəqliyyat əlaqələrinin genişləndirilməsinə, vaxtdan səmərəli istifadə olunmasına, məsafənin azaldılmasına, yüklərin tez bir zamanda mənzilə çatdırılmasına imkan verəcək. Əlbəttə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var. Bu dəhlizdən bir çox ölkələrlə bərabər Azərbaycan da müəyyən gəlir əldə edəcək”.

Deputat bildirib ki, dəhliz nəinki iqtisadi, həm də siyasi əhəmiyyətə malikdir:

“Çünki bu region dövlətləri üçün eləcə də qonşu dövlətlərlə münasibətlərin iqtisadi müstəvidə siyasi anlaşmaların meydana gəlməsinə və həyata keçirilməsinə zəmin yaradacaq".

Millət vəkilinin fikrincə, dəhlizin açılmasında ilk növbədə Azərbaycan, eləcə də qardaş Türkiyə dövləti çox maraqlıdır:

"Çünki dəhlizin açılması ilə əlaqədar Naxçıvana tez bir zamanda gediş-gəliş, Naxçıvan vasitəsilə Türkiyəyə çıxış təmin olunur və bu da çox vacibdir. Əlbəttə ki, bu ətrafda söhbətlər gedir. Lakin çox təəssüflər olsun ki, Ermənistan hökuməti, eləcə də Ermənistana dəstək verən başqa Fransa olmaqla bəzi dövlətlər bu dəhlizin açılmasına maneə törədirlər. Bu da məkrli məqsədlərə xidmət edir.

Azərbaycanı gözü götürməyən, ölkəmizin imicinə ziyan vurmaq istəyən dövlətlər dəhlizin açılmasında maraqlı deyillər. Bu, bir növ Azərbaycana təsir mexanizmi kimi rol oynayır. Ancaq dünyanın bir çox dövlətləri bu dəhlizin açılmasına dəstək verirlər və onlar Azərbaycanın haqlı tələblərinin tərəfindədir. Düşünürəm ki, danışıqlar öz faydasını verəcək.

Dəhlizin açılması Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsində, eləcə də qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində çox böyük rola malik olacaq. Nəqliyyat imkanlarını artıracaq. İnsanların rahatlığını təmin edəcək və iqtisadi baxımdan ölkəmizə külli miqdarda vəsaitin cəlb olmasına səbəb olacaq".
 

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti